Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq isə 1,1% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,8%, Nasdaq isə 1,1% yüksəlib
# 14 yanvar 2010 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 13-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 681 bəndədək, S&P 500 0,8% - 1 146 bəndədək, Nasdaq isə 1,1% - 2 308 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, ABŞ-da bu günlərdə şirkətlərin rüblük və illik hesabatlarının açıqlanması nəzərdə tutulub. İnvestorlar şirkətlərin böyük hissəsi üzrə bu hesabatların müsbət olduğunu gözləyirlər.

Avropa fond bazarlarında yanvarın 13-də FTSE 100 indeksi 0,5% - 5 474 bəndədək enib, Fransa CAC-40-ı 0,02% - 4 001 bəndədək, Almaniya DAX-ı isə 0,3% - 5 963 bəndədək yüksəlib. Avropada HSBC-nin səhmləri 1,5%, “Barclays”ın səhmləri 0,9%, “BNP Paribas”ın səhmləri 0,6%, “Banco Santander”in səhmləri 0,78%, “Deutsche Bank”ın səhmləri 2,1%, UBS-in səhmləri 1,4%, BP-nin səhmləri 1,1%, “Royal Dutch Shell”in səhmləri 1,8%, “BG Group”un səhmləri 0,5%, “Total”in səhmləri 1,1%, “Statoil”un səhmləri 0,6% ucuzlaşıb.

Yanvarın 13-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% artaraq 1 136,9 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4536 dollar (+0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR