Bank Of Baku

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq isə 0,4% yüksəlib

Dow Jones indeksi 0,3%, S&P 500 0,2%, Nasdaq isə 0,4% yüksəlib
# 15 yanvar 2010 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 14-də Amerika fond bazarında Dow Jones indeksi 0,3% - 10 711 bəndədək, S&P 500 0,2% - 1 148 bəndədək, Nasdaq isə 0,4% - 2 317 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, indekslərin dinamikası ABŞ-ın məşğulluq bazarı və pərakəndə ticarət bazarı üzrə mənfi xəbərlərlə bağlı olub. Belə ki, ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayı 11 min artıb, pərakəndə dövriyyə isə dekabr ayında 0,3% azalıb. Hər iki göstərici proqnozlardan daha mənfi olub.
Avropa fond bazarlarında yanvarın 14-də FTSE 100 indeksi 0,5% - 5 498 bəndədək, Fransa CAC-40-ı 0,4% - 4 016 bəndədək, Almaniya DAX-ı isə 0,4% - 5 989 bəndədək yüksəlib. Avropa fond bazarlarındakı dinamikaya Avropa Mərkəzi Bankının uçot dərəcəsinin hazırkı səviyyədə (illik 1%) saxlaması və korporativ xəbərlər təsir edib.
Yanvarın 14-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,5% artaraq 1 143 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4462 dollar (-0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR