Bank Of Baku

Azərbaycan dövlət ipoteka istiqrazları tam yerləşdirilib

Azərbaycan dövlət ipoteka istiqrazları tam yerləşdirilib
# 16 yanvar 2010 08:01 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli, adlı, sənədsiz, təmin edilmiş istiqrazlarının son hissəsinin yerləşdirilməsi həyata keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb. Hərracda sifarişlər 4 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 8,1 mln. manat təşkil edib. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib. İstiqraz üzrə öhdəliklər emitent tərəfindən 2016-cı ilin mayın 10-da icra olunacaq.

Ümumiyyətlə, emissiya üzrə sifarişlərin məbləği hərraca təklif olunan həcmi təqribən 2 dəfə üstələyərək 102 mln. manat təşkil edib ki, bu da potensial investorlar tərəfindən təmin edilmiş istiqrazlara böyük marağın olmasının göstəricisidir. Beləliklə, AİF-in təmin edilmiş istiqrazlarının ilk emissiyası uğurla başa çatıb ki, ipoteka ilə təmin edilmiş istiqrazların emissiyası regionda ilk dəfə olaraq Azərbaycanda baş tutub.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının emissiya prospekti 2009-cu ilin mayın 29-da qeydə alınıb. Emissiyanın ümumi həcmi 55 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3% təşkil edir.

Qeyd edək ki, 2009-cu ilin dekabrın 30-da QKDK tərəfindən AİF-in 75 mln. manat məbləğində yeni istiqrazlarının emissiya prospekti də qeydiyyata alınıb və ipoteka bazarında mövcud tələbə uyğun olaraq bu istiqrazların da yerləşdirilməsinə başlanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR