Bank Of Baku

Neft 78 dollaradək ucuzlaşıb

Neft 78 dollaradək ucuzlaşıb
# 18 yanvar 2010 06:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 15-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,39 dollar və ya 1,8% azalaraq 1 barelə görə 78,00 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 15-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,71 dollar azalaraq 77,11 dollar təşkil edib.

ABŞ-da havaların tədricən istiləşməsi barədə proqnozlar və dolların avroya qarşı möhkəmlənməsi neftin ucuzlaşmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR