Bank Of Baku

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq isə 1,2% enib

Dow Jones indeksi 0,9%, S&P 500 1%, Nasdaq isə 1,2% enib
# 18 yanvar 2010 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 15-də Amerika fond bazarında Dow Jones indeksi 0,9% - 10 610 bəndədək, S&P 500 1% - 1 136 bəndədək, Nasdaq isə 1,2% - 2 288 bəndədək enib. «APA-Economics»in məlumatına görə, «JPMorgan Chase» bankının mənfi rüblük hesabatı ABŞ fond bazarında kotirovkaların enməsinə səbəb olub.

Avropa fond bazarlarında yanvarın 15-də FTSE 100 indeksi 0,8% - 5 455 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 954 bəndədək, Almaniya DAX-ı isə 1,9% - 5 876 bəndədək enib. Avropa fond bazarlarında «Deutsche Bank»ın səhmləri 3,7%, «Societe Generale»in səhmləri 2,7%, «Solarworld» şirkətinin səhmləri 5,5%, «Man Group»un səhmləri 6,9% ucuzlaşıb.

Yanvarın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,1% azalaraq 1 130,5 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4342 dollar (-0,8%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR