Bank Of Baku

AGBI indeksi 1,0060, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0060, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 18 yanvar 2010 07:01 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0060 bənd və ya 0,6% artaraq 2010-cu ilin yanvar ayının 18-nə 1,0060 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Yanvarın 15-də 3,6 mln. manat həcmində dövlət istiqrazlarının bir buraxılışı yerləşdirilib və bunun nəticəsində bazar kapitallaşmasının artması AGBI indeksinin yüksəlməsinə səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR