Bank Of Baku

Avropa fond indeksləri yüksəlib

Avropa fond indeksləri yüksəlib
# 19 yanvar 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 18-də Martin Lüter Kinq Günü münasibəti ilə Amerika fond bazarında ticarət əməliyyatları keçirilməyib. Əvvəlki günün yekunlarına görə, Dow Jones indeksi 10 610 bənd, S&P 500 1 136 bənd, Nasdaq isə 2 288 bənd təşkil edib.

«APA-Economics»in məlumatına görə, Avropa fond bazarlarında yanvarın 18-də FTSE 100 indeksi 0,7% - 5 494 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 978 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 919 bəndədək yüksəlib. Avropa fond bazarlarında kotirovkaların artması metalların bahalaşması və korporativ xəbərlərlə bağlı olub ki, bunun nəticəsində, əsasən metallurgiya sənayesində fəaliyyət göstərən şirkətlərin səhmləri bahalaşıb.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4397 dollar (+0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR