Bank Of Baku

Neftin bahalaşması davam edir

Neftin bahalaşması davam edir
# 20 yanvar 2010 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 19-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,02 dollar və ya 1,3% artaraq 1 barelə görə 79,02 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 19-da ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,53 dollar artaraq 77,63 dollar təşkil edib.

Neftin bahalaşmasına əsasən ABŞ və Avropa fond bazarlarında indekslərin yüksəlməsi amili səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR