Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq isə 1,4% yüksəlib
# 20 yanvar 2010 07:38 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 19-da Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 725 bəndədək, S&P 500 1,3% - 1 150 bəndədək, Nasdaq isə 1,4% - 2 320 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, müsbət rüblük hesabatdan sonra və müxtəlif korporativ xəbərlər nəticəsində «Citigroup»un səhmləri 3,5%, «Merck&Co» və «Pfizer» əczaçılıq şirkətlərinin səhmləri müvafiq olaraq 2,9% və 2,6%, «McDonalds»ın səhmləri 1,9% bahalaşıb.

Avropa fond bazarlarında yanvarın 19-da FTSE 100 indeksi 0,3% - 5 513 bəndədək, Fransa CAC-40-ı 0,8% - 4 010 bəndədək, Almaniya DAX-ı isə 1% - 5 977 bəndədək yüksəlib. Avropa fond bazarlarına əsasən İngiltərənin şirniyyat istehsalçısı olan «Cadbury» şirkətinin ABŞ-ın «Kraft Foods» korporasiyası ilə birləşməsi barədə məlumatlar təsir göstərib. Qeyd edək ki, birləşmə üzrə əqdin məbləği 19,6 mlrd. dollara bərabərdir. Nəticədə, «Cadbury»nin səhmləri 3,6% bahalaşıb. Bundan başqa, əczaçılıq şirkətlərinin səhmləri də bahalaşıb. Belə ki, Britaniya-İsveç «AstraZeneca»nın səhmləri 1,7%, Fransa «Sanofi-Aventis»in səhmləri 1,8%, Britaniya «GlaxoSmithKline»nin səhmləri 1,9%, İsveçrə «Novartis»in səhmləri 1,2% bahalaşıb.

Yanvarın 19-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% artaraq 1 140 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4217 dollar (-0,9%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR