Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1%, Nasdaq isə 1,2% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1%, Nasdaq isə 1,2% enib
# 21 yanvar 2010 07:17 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 20-da Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 603 bəndədək, S&P 500 1% - 1 138 bəndədək, Nasdaq isə 1,2% - 2 291 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına Çin hökumətinin kifayət qədər kapitala malik olmayan bankların bir sıra kreditləşməsinin məhdudlaşdırılması barədə qərarı və dekabrda yeni evlərin tikintisinin 574 mindən 557 minədək azalması təsir edib. Qeyd edək ki, Çin hökuməti kreditləşmənin artım templərini sərt idarə etmək niyyətində olduğunu açıqlayıb - cari ilin sonuna kreditlərin həcmi 7,5 trln. yuan (1,1 trln. dollar) həddini aşmamalıdır.
Avropa fond bazarlarında yanvarın 20-də FTSE 100 indeksi 1,7% - 5 421 bəndədək, Fransa CAC-40-ı 2,1% - 3 929 bəndədək, Almaniya DAX-ı isə 2,1% - 5 852 bəndədək enib.
Yanvarın 20-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,4% azalaraq 1 112,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4112 dollar (-0,7%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR