Bank Of Baku

AGBI indeksi 0,9884, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9884, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 21 yanvar 2010 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0117 bənd və ya 1,2% azalaraq 2010-cu ilin yanvar ayının 21-nə 0,9884 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Yanvarın 19-da 4,472 mln. manat həcmində dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb və 3 mln. manatlıq yeni emissiya yerləşdirilib. Nəticədə, bazar kapitallaşması azalıb və bu, AGBI indeksinin azalmasına səbəb olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR