Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 22 yanvar 2010 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 21-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,66 dollar və ya 2,1% azalaraq 1 barelə görə 76,08 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 21-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,74 dollar azalaraq 74,58 dollar təşkil edib.

Qeyd edək ki, neftin ucuzlaşması ABŞ-da xam neft ehtiyatlarının azalması fonunda baş verib, halbuki, adətən, ehtiyatların azalması neft bazarına müsbət təsir göstərir. Belə ki, ötən həftə xam neft ehtiyatları 0,4 mln. barel azalaraq 330,6 mln. barelə çatıb. Bununla bağlı, neftin ucuzlaşmasını ABŞ və Avropa fond bazarlarında indekslərin enməsi ilə əlaqələndirmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR