Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,4165 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,4165 təşkil edib
# 22 yanvar 2010 07:05 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0117 bənd və ya 1,2% artaraq 2010-cu ilin yanvar ayının 22-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,4165 bənd və ya 41,7% artaraq 1,4165 təşkil edib.

Yanvarın 21-də 4 mln. manat həcmində not emissiyası yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması kəskin artıb və bu, ACBDI indeksinin yüksəlməsinə səbəb olub.

AGBI indeksinin artması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR