Bank Of Baku

Dow Jones indeksi 2%, S&P 500 1,8%, Nasdaq isə 1,1% enib

Dow Jones indeksi 2%, S&P 500 1,8%, Nasdaq isə 1,1% enib
# 22 yanvar 2010 13:15 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 21-də Amerika fond bazarında Dow Jones indeksi 2% - 10 390 bəndədək, S&P 500 1,8% - 1 116 bəndədək, Nasdaq isə 1,1% - 2 266 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarının iştirakçıları Çin hökumətinin iqtisadi artımın saxlanması və sərt pul-kredit siyasətinə keçmək niyyəti və ABŞ administrasiyasının iri bankların fəaliyyətinə bəzi məhdudiyyətlərin qoyulması təklifləri barədə məlumatları mənfi qarşılayıb. Xatırladaq ki, iri bankların fəaliyyətinə məhdudiyyətlərin qoyulması, xec-fondların ləğv edilməsi, öz vəsaitləri hesabına birbaşa investisiya və qiymətli kağızların alınmasına qadağanın qoyulması təklifi ilə ABŞ prezidenti Barak Obama çıxış edib və bunu bankların həmin fəaliyyət növlərinin iqtisadiyyatın maliyyə qurumlarından asılılığını kəskin artırması ilə əlaqələndirib.
Avropa fond bazarlarında yanvarın 21-də FTSE 100 indeksi 1,6% - 5 335 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 862 bəndədək, Almaniya DAX-ı isə 1,8% - 5 747 bəndədək enib. Avropada «Anglo American», «BHP Billiton», «Fresnillo», «Kazakhmys», «Rio Tinto», «Vedanta» və «Xstrata» kimi dağ-mədən şirkətlərinin səhmləri 3,1-6,2% ucuzlaşıb.
Yanvarın 21-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 103,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4126 dollar (+0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR