Bank Of Baku

Dow Jones indeksi 2,1%, S&P 500 2,2%, Nasdaq isə 2,6% enib

Dow Jones indeksi 2,1%, S&P 500 2,2%, Nasdaq isə 2,6% enib
# 25 yanvar 2010 07:11 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 22-də Amerika fond bazarında Dow Jones indeksi 2,1% - 10 172 bəndədək, S&P 500 2,2% - 1 092 bəndədək, Nasdaq isə 2,6% - 2 205 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında ABŞ Administrasiyasının iri bankların fəaliyyətinə bir sıra məhdudiyyətin tətbiqi ilə bağlı təklifləri mənfi qarşılanıb - investorların fikrincə, bu, iqtisadiyyatın bərpasını ləngidə bilər.
Avropa fond bazarlarında yanvarın 22-də FTSE 100 indeksi 0,6% - 5 303 bəndədək, Fransa CAC-40-ı 1,1% - 3 821 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 5 695 bəndədək enib. Avropada da kotirovkaların dinamikasına və investorların addımlarına ABŞ Administrasiyasının banklara qarşı məhdudiyyətlərin tətbiqi ilə bağlı təklifləri təsir edib.
Yanvarın 22-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 089,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4158 dollar (+0,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR