Bank Of Baku

AGBI indeksi 1,0032, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0032, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 25 yanvar 2010 07:41 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0031 bənd və ya 0,3% artaraq 2010-cu ilin yanvar ayının 25-nə 1,0032 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə 0,4165 bənd və ya 29,4% azalaraq 1,0000 təşkil edib.

Yanvarın 22-də 3 mln. manat həcmində dövlət istiqrazlarının bir buraxılışı dövriyyədən çıxarılıb və 3,377 mln. mantlıq bir emissiya yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması artıb və bu, AGBI indeksinin artmasına səbəb olub.

ACBDI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR