Bank Of Baku

Neftin qiyməti artıb

Neftin qiyməti artıb
# 26 yanvar 2010 07:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 25-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 0,72 dollar və ya 1% artaraq 1 barelə görə 75,26 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 25-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,86 dollar artaraq 73,69 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ fond bazarında indekslərin yüksəlməsi və dolların ucuzlaşması ilə bağlı olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR