Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq isə 0,2% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,4%, Nasdaq isə 0,2% yüksəlib
# 26 yanvar 2010 08:36 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 25-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 197 bəndədək, S&P 500 0,4% - 1 097 bəndədək, Nasdaq isə 0,2% - 2 211 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi bir sıra iri şirkətlərin rüblük hesabatlarının açıqlanmasından sonra baş verib. Bundan əlavə, investorlar arasında dünya iqtisadiyyatının perspektivlərinə dair mənfi ehtimalların azalması müşahidə olunur.
Avropa fond bazarlarında yanvarın 25-də FTSE 100 indeksi 0,8% - 5 260 bəndədək, Fransa CAC-40-ı 1% - 3 782 bəndədək, Almaniya DAX-ı isə 1,1% - 5 631 bəndədək enib. Avropada «Banco Santander»in səhmləri 1,4%, «BNP Paribas»ın səhmləri 1,8%, BP-nin səhmləri 1,1%, «Statoil»un səhmləri 1,3%, «Total»in səhmləri 1,1%, «Novartis»in səhmləri 1%, «Sanofi-Aventis»in səhmləri 1,8%, «Roche»nin səhmləri 1,8% ucuzlaşıb.
Yanvarın 25-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,6% artaraq 1 095,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4172 dollar (+0,1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR