Bank Of Baku

Dow Jones indeksi 0,03%, S&P 500 0,4%, Nasdaq isə 0,3% enib

Dow Jones indeksi 0,03%, S&P 500 0,4%, Nasdaq isə 0,3% enib
# 27 yanvar 2010 06:56 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 26-da Amerika fond bazarında Dow Jones indeksi 0,03% - 10 194 bəndədək, S&P 500 0,4% - 1 092 bəndədək, Nasdaq isə 0,3% - 2 204 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların son zamanlar enmə tendensiyalarının yaranmasına əsas səbəb investorlar tərəfindən mənfəətin fiksə edilməsi ilə bağlıdır ki, artıq son 9-10 ay ərzində fond indekslərinin artımı müşahidə olunur və investorlar mənfəət əldə etməyə başlayıb.
Avropa fond bazarlarında yanvarın 26-da FTSE 100 indeksi 0,3% - 5 277 bəndədək, Fransa CAC-40-ı 0,7% - 3 807 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 669 bəndədək yüksəlib. Avropada «Deutsche Bank»ın səhmləri 1,1%, «Commerzbank»ın səhmləri 0,7%, «UBS»in səhmləri 1,7%, «UniCredit»in səhmləri 2,2%, «Lloyds»un səhmləri 2,3% ucuzlaşıb.
Yanvarın 26-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,4% artaraq 1 099,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,4083 dollar (-0,6%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR