Bank Of Baku

AGBI indeksi 0,9906, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 0,9906, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 27 yanvar 2010 07:03 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0095 bənd və ya 1% azalaraq 2010-cu ilin yanvar ayının 27-nə 0,9906 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Yanvarın 26-da dövlət istiqrazları üzrə həm ödəmə, həm də yerləşdirmə keçirilib. Nəticədə, bazarın kapitallaşmasının azalması baş verib və bu, AGBI indeksinin azalmasına səbəb olub. Belə ki, 5,043 mln. manatlıq bir buraxılış dövriyyədən çıxarılıb, 4 mln. manatlıq bir emissiyası yerləşdirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR