Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 28 yanvar 2010 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 27-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair fevral müqaviləsinin dəyəri 1,04 dollar və ya 1,4% azalaraq 1 barelə görə 73,67 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 27-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,05 dollar azalaraq 72,24 dollar təşkil edib.

Neftin ucuzlaşması əsasən ABŞ-da neft məhsulları ehtiyatlarının artması ilə bağlı olub. Belə ki, ölkənin Energetika Nazirliyinin məlumatına görə, ötən həftə benzin ehtiyatları 2 mln. barel, mazut və dizel yanacağı ehtiyatları isə 0,4 mln. barel artıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR