Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq isə 0,8% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,5%, Nasdaq isə 0,8% yüksəlib
# 28 yanvar 2010 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 27-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 237 bəndədək, S&P 500 0,5% - 1 098 bəndədək, Nasdaq isə 0,8% - 2 221 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında ticarət günü ərzində kotirovkaların enməsi müşahidə olunub, lakin son 30-40 dəqiqə ərzində alış əməliyyatlarının sayının artması və nəticədə, qiymətlərin yüksəlməsi baş verib. Bunun əsas səbəbi Federal Ehtiyat Sisteminin federal fondlar üzrə faiz dərəcələrinin diapazonunu 0-0,25% civarında saxlamasına dair qərarı olub.
Avropa fond bazarlarında yanvarın 27-də FTSE 100 indeksi 1,1% - 5 218 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 760 bəndədək, Almaniya DAX-ı isə 0,5% - 5 643 bəndədək enib. Avropada indekslərin enməsinə investorların bir sıra hökumət və mərkəzi bankları tərəfindən stimullaşdırıcı proqramların dayandırılması barədə ehtimalları səbəb olub.
Yanvarın 27-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,2% azalaraq 1 085,7 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3974 dollar (-0,8%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR