Bank Of Baku

Neftin ucuzlaşması davam edir

Neftin ucuzlaşması davam edir
# 29 yanvar 2010 06:48 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 28-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,03 dollar və ya 0,4% azalaraq 1 barelə görə 73,64 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 28-də ICE London qitələrarası birjasında fevralda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,11 dollar azalaraq 72,13 dollar təşkil edib.

Neft bazarına təsir edən amillərdən biri kimi ABŞ və Avropa fond bazarlarında kotirovkaların enməsini qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR