Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq isə 1,9% enib

Dow Jones indeksi 1,1%, S&P 500 1,1%, Nasdaq isə 1,9% enib
# 29 yanvar 2010 06:52 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 28-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 120 bəndədək, S&P 500 1,1% - 1 085 bəndədək, Nasdaq isə 1,9% - 2 179 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-da ötən həftə ərzində işsizlik üzrə ilkin müraciətlərin sayının 482 mindən 470 minədək azalmasına baxmayaraq, bu göstərici analitiklər tərəfindən gözləniləndən (450 min) daha mənfi olduğu və bir sıra iri şirkətlərin mənfi hesabatları fond bazarına müvafiq təsir edib.
Avropa fond bazarlarında yanvarın 28-də FTSE 100 indeksi 1,4% - 5 146 bəndədək, Fransa CAC-40-ı 1,9% - 3 689 bəndədək, Almaniya DAX-ı isə 1,8% - 5 540 bəndədək enib.
Yanvarın 28-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,8% azalaraq 1 084,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3930 dollar (-0,3%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR