Bank Of Baku

Neftin qiyməti 73 dollardan aşağı düşüb

Neftin qiyməti 73 dollardan aşağı düşüb
# 01 fevral 2010 06:35 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Yanvarın 29-da Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,75 dollar və ya 1% azalaraq 1 barelə görə 72,89 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, yanvarın 29-da ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,67 dollar azalaraq 71,46 dollar təşkil edib.

Neftin ucuzlaşmasının əsas səbəbi kimi dolların möhkəmlənməsini qeyd etmək olar. Belə ki, yanvarın 29-da dünya bazarlarında dollar avroya qarşı 0,5%, funt sterlinqə qarşı isə 1,2% bahalaşıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR