Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,9%, Nasdaq isə 1,4% enib

Dow Jones indeksi 0,5%, S&P 500 0,9%, Nasdaq isə 1,4% enib
# 01 fevral 2010 07:24 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Yanvarın 29-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 067 bəndədək, S&P 500 0,9% - 1 074 bəndədək, Nasdaq isə 1,4% - 2 147 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi çətin izah olunandır. Belə ki, ardıcıl bir neçə gün ərzində müsbət və ya gözləntilərdən daha mənfi olmayan makroiqtisadi göstəricilərin fonunda indekslərin yüksəlməsi deyil, enməsi baş verir. Yanvarın 29-u da istisna olmayıb. Belə ki, hələ ticarətdən əvvəl məlum olub ki, ABŞ-da ÜDM-in həcmi ötən ilin IV rübündə 5,7% artıb ki, bu da III rübün göstəricisindən 3,5 faiz bəndi, analitiklərin proqnozundan isə 1,1 faiz bəndi artıq olub. Bundan əlavə, Miçiqan Universiteti tərəfindən hesablanan işgüzar fəallığı indeksi yanvar ayında 74,4 bənd təşkil edib ki, bu da dekabrın göstəricisindən 1,9 bənd, proqnozdan isə 1,4 bənd çoxdur. Göründüyü kimi, bu kimi müsbət xəbərlər naməlum səbəblərə görə fond bazarına heç bir müsbət təsir göstərməyib.
ABŞ-ın fond bazarından fərqli olaraq, Avropa fond bazarları ABŞ-ın makroiqtisadi göstəricilərinə müvafiq reaksiya göstərib. Belə ki, yanvarın 29-da FTSE 100 indeksi 0,8% - 5 189 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 740 bəndədək, Almaniya DAX-ı isə 1,2% - 5 609 bəndədək yüksəlib. Avropada «Deutsche Bank»ın səhmləri 1,4%, «UniCredit»in səhmləri 4%, «Banco Santander»in səhmləri 2,7%, HSBC-in səhmləri 2,6%, «Barclays»ın səhmləri 2,1%, «Societe Generale»in səhmləri 0,9%, «Credit Agricole»un səhmləri 0,8%, «BG Group»un səhmləri 1,1%, «Tullow Oil»un səhmləri 0,6%, «Royal Dutch Shell»in səhmləri 0,6%, «Eni»nin səhmləri 1,3%, «Repsol»un səhmləri 1,6%, «Total»in səhmləri 2% bahalaşıb.
Yanvarın 29-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% azalaraq 1 083,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3864 dollar (-0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR