Bank Of Baku

Dow Jones indeksi 1,2%, S&P 500 1,4%, Nasdaq isə 1,1% yüksəlib

Dow Jones indeksi 1,2%, S&P 500 1,4%, Nasdaq isə 1,1% yüksəlib
# 02 fevral 2010 06:58 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,2% - 10 186 bəndədək, S&P 500 1,4% - 1 089 bəndədək, Nasdaq isə 1,1% - 2 171 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına əsasən korporartiv xəbərlər təsir edib.
Avropa fond bazarlarında fevralın 1-də FTSE 100 indeksi 1,1% - 5 247 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 762 bəndədək, Almaniya DAX-ı isə 0,8% - 5 655 bəndədək yüksəlib. Avropada «Deutsche Bank»ın səhmləri 2,9%, «Commerzbank»ın səhmləri 3,3%, «UniCredit»in səhmləri 1,9%, «Banco Santander»in səhmləri 1,9%, HSBC-in səhmləri 1,4%, «Barclays»ın səhmləri 4,3%, «BNP Paribas»ın səhmləri 1,4%, «Credit Agricole»un səhmləri 1,8%, «Tullow Oil»un səhmləri 2,3%, «Royal Dutch Shell»in səhmləri 1,1%, BP-nin səhmləri 1,3% bahalaşıb.
Fevralın 1-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,9% artaraq 1 103,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3918 dollar (+0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR