Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq isə 0,9% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1,3%, Nasdaq isə 0,9% yüksəlib
# 03 fevral 2010 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 2-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 297 bəndədək, S&P 500 1,3% - 1 103 bəndədək, Nasdaq isə 0,9% - 2 190 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına əsasən «Bloomberg» agentliyi tərəfindən tədqiqatın nəticələri təsir edib. Belə ki, «Bloomberg» agentliyinin dünya iqtisadiyyatına dair etimad indeksi (Bloomberg Professional Global Confidence Index) yanvar ayında dekabrla müqayisədə 58,9 bənddən 66,6 bəndədək artıb. Qeyd edək ki, indeks dünyanın işgüzar dairələri arasında keçirilən sorğunun nəticələri əsasında hesablanır.
Avropa fond bazarlarında fevralın 2-də FTSE 100 indeksi 0,7% - 5 283 bəndədək, Fransa CAC-40-ı 1,3% - 3 812 bəndədək, Almaniya DAX-ı isə 1% - 5 710 bəndədək yüksəlib. «Bloomberg Professional Global Confidence Index»in artması Avropa fond bazarlarında da investorlara müsbət təsir edib.
Fevralın 2-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,9% artaraq 1 114,1 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3947 dollar (+0,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR