Bank Of Baku

Neft yenidən ucuzlaşıb

Neft yenidən ucuzlaşıb
# 04 fevral 2010 06:33 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 3-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,25 dollar və ya 0,3% azalaraq 1 barelə görə 76,98 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 3-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 0,23 dollar azalaraq 75,83 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsas səbəb ABŞ-da neft ehtiyatlarının artması olub. Belə ki, ötən həftə ərzində xam neft ehtiyatları 2,3 mln. barel artaraq 329 mln. barelə çatıb. Qeyd edək ki, analitiklər xam neft ehtiyatlarının 1 mln. barel azalmasını proqnozlaşdırır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR