Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,5% enib, Nasdaq isə 0,04% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,5% enib, Nasdaq isə 0,04% yüksəlib
# 04 fevral 2010 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 3-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 271 bəndədək, S&P 500 0,5% - 1 097 bəndədək enib, Nasdaq isə 0,04% - 2 191 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikası korporativ xəbərlər və gözləntilərdən daha mənfi olan bir sıra makroiqtisadi göstəricinin təsiri altında olub.
Avropa fond bazarlarında fevralın 3-də FTSE 100 indeksi 0,6% - 5 253 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 794 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 672 bəndədək enib. Avropa bazarlarında «Royal Bank of Scotland»ın səhmləri 2,1%, «Banco Santander»in səhmləri 3,9%, «BNP Paribas»ın səhmləri 2,5%, «Anglo American»ın səhmləri 2,3%, «Antofagasta»nın səhmləri 3,1%, «BHP Billiton»un səhmləri 0,8%, «Rio Tinto»nun səhmləri 1,4%, «Xstrata»nın səhmləri 2,8% ucuzlaşıb.
Fevralın 3-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,2% azalaraq 1 112 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3889 dollar (-0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR