Bank Of Baku

Neft kəskin ucuzlaşıb

Neft kəskin ucuzlaşıb
# 05 fevral 2010 08:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 4-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 3,84 dollar və ya 5% azalaraq 1 barelə görə 73,14 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 4-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 3,79 dollar azalaraq 72,13 dollar təşkil edib.

Analitiklər neftin kəskin ucuzlaşmasını ABŞ-da neft ehtiyatlarının ötən həftə ərzində 2,3 mln. barel artması barədə məlumatların neft bazarına mənfi təsir etməsi ilə əlaqələndirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR