Bank Of Baku

Dow Jones indeksi 2,6%, S&P 500 3,2%, Nasdaq isə 3% enib

Dow Jones indeksi 2,6%, S&P 500 3,2%, Nasdaq isə 3% enib
# 05 fevral 2010 08:25 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 4-də Amerika fond bazarında Dow Jones indeksi 2,6% - 10 002 bəndədək, S&P 500 3,2% - 1 063 bəndədək, Nasdaq isə 3% - 2 125 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların enməsi ölkədə məşğulluq üzrə hesabat fonunda baş verib. Belə ki, ötən həftə işsizlik üzrə ilkin müraciətlərin sayı 8 min artaraq 480 minə çatıb, halbuki bu göstəricinin cəmi 455 minə bərabər olması pronqozlaşdırılırdı.

Avropa fond bazarlarında fevralın 4-də FTSE 100 indeksi 2,2% - 5 139 bəndədək, Fransa CAC-40-ı 2,8% - 3 689 bəndədək, Almaniya DAX-ı isə 2,5% - 5 533 bəndədək enib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 5,1%, «Banco Santander»in 9,4%, «Barclays»ın 7,8%, HSBC-nin 3,7%, «Credit Suisse»in 7,4%, «UniCredit»in 5%, «Royal Dutch Shell»in səhmləri 2,1%, BP-nin 1,6%, «BG Group»un 1,6%, «Repsol»un səhmləri 3,6%, «Total»in 1,8%, «StatoilHydro»nun səhmləri 2,8% ucuzlaşıb.
Fevralın 4-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 4,6% azalaraq 1 060,5 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3717 dollar (-1,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR