Bank Of Baku

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,7% yüksəlib

Dow Jones indeksi 0,1%, S&P 500 0,3%, Nasdaq isə 0,7% yüksəlib
# 08 fevral 2010 07:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 5-də Amerika fond bazarında Dow Jones indeksi 0,1% - 10 0012 bəndədək, S&P 500 0,3% - 1 066 bəndədək, Nasdaq isə 0,7% - 2 141 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkalarınin dinamikasına ölkədə istehlak kreditləşməsi üzrə müsbət hesabatın açıqlanması təsir edib.

Avropa fond bazarlarında fevralın 5-də FTSE 100 indeksi 1,5% - 5 061 bəndədək, Fransa CAC-40-ı 3,4% - 3 564 bəndədək, Almaniya DAX-ı isə 1,8% - 5 434 bəndədək enib. Yunanıstan, İspaniya və Portuqaliya hökumətlərinin ölkələnin büdcə kəsirinin azaldılmasına yönəldilən islahatların keçirilməsində çətinliklərlə üzləşməsi ehtimalları Avropa bazarlarının investorları arasında bədbinlik yaradıb.
Fevralın 5-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 052,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3624 dollar (-0,7%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR