Bank Of Baku

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 08 fevral 2010 13:52 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, 3 investorun iştirak etdiyi hərraca 3 mln. manat həcmində istiqraz çıxarılıb.

Sifarişlərin nominal üzrə məbləği 7 591 000 manat təşkil edib. Sifarişlər 100,0632% qiymətdə təqdim olunub. Nəticədə istiqrazların nominal üzrə reallaşdırılmış həcmi 3 mln. manat məbləğində müəyyən edilib. İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, AİF-in istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bu günə kimi 3 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməsinə başlanmış istiqrazların ilk emissiya prospekti tam yerləşdirilib ki, emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR