Bank Of Baku

Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq isə 0,7% enib

Dow Jones indeksi 1%, S&P 500 0,9%, Nasdaq isə 0,7% enib
# 09 fevral 2010 08:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 8-də Amerika fond bazarında Dow Jones indeksi 1% - 9 908 bəndədək, S&P 500 0,9% - 1 057 bəndədək, Nasdaq isə 0,7% - 2 126 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkalarınin enməsi əsasən maliyyə sektorunda müşahidə olunub. Belə ki, «Bank of America»nın səhmləri 3,5%, «American Express»in səhmləri 2,8%, «Travelers»in səhmləri 2,5%, «J.P. Morgan Chase»in səhmləri 1,6% ucuzlaşıb.

Avropa fond bazarlarında fevralın 8-də FTSE 100 indeksi 0,6% - 5 092 bəndədək, Fransa CAC-40-ı 1,2% - 3 607 bəndədək, Almaniya DAX-ı isə 0,9% - 5 485 bəndədək yüksəlib. Avropa bazarlarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.
Fevralın 8-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 066,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3699 dollar (+0,6%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR