Bank Of Baku

Dow Jones indeksi 1,5%, S&P 500 1,3%, Nasdaq isə 1,2% yüksəlib

Dow Jones indeksi 1,5%, S&P 500 1,3%, Nasdaq isə 1,2% yüksəlib
# 10 fevral 2010 07:00 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 9-da Amerika fond bazarında Dow Jones indeksi 1,5% - 10 059 bəndədək, S&P 500 1,3% - 1 071 bəndədək, Nasdaq isə 1,2% - 2 151 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi əsasən aviaşirkətlər üzrə müşahidə olunub. Belə ki, AMR-in səhmləri 14%, «Delta Airlines»ın səhmləri 10%, UAL-ın səhmləri 18% bahalaşıb. Ümumilikdə, ABŞ-ın fond indekslərinin dinamikasına çətin vəziyyətə düşən Yunanıstana Avropa İttifaqı tərəfindən maliyyə dəstəyinin verilməsi barədə məlumatlar təsir edib.

Avropa fond bazarlarında fevralın 9-da FTSE 100 indeksi 0,3% - 5 112 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 613 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5 498 bəndədək yüksəlib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 1,8%, «Deutsche Bank»ın səhmləri 2,8%, «Banco Santander»in səhmləri 2,2%, «Credit Suisse»in səhmləri 1,9%, «Lloyds»un səhmləri 2,1% bahalaşıb.
Fevralın 9-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 1% artaraq 1 077,2 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3755 dollar (+0,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR