Bank Of Baku

Bakı Fond Birjasında 1 illik dövlət istiqrazları yerləşdirilib

Bakı Fond Birjasında 1 illik dövlət istiqrazları yerləşdirilib
# 10 fevral 2010 07:05 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Fevralın 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10500328S seriyalı geri çağırılmaq hüququna malik olan 1 illik dövlət istiqrazlarının (GDİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, 3 investor tərəfindən təqdim olunmuş sifarişin nominal üzrə həcmi 6 500 000 manat təşkil edib. Sifarişlər 100% (gəlirlik 3,75%) qiyməti ilə təqdim olunub. İstiqrazların nominal üzrə reallaşdırılmış həcmi 4 000 000 manat məbləğində müəyyən edilib.

Qeyd edək ki, bu DQİ buraxılışı üzrə öhdəliklər emitent tərəfindən 2011-ci ilin fevralın 8-də icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR