Bank Of Baku

BFB-da qısamüddətli dövlət istiqrazları üzrə növbəti hərrac uğursuz olub

BFB-da qısamüddətli dövlət istiqrazları üzrə növbəti hərrac uğursuz olub
# 10 fevral 2010 08:10 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-ECONOMICS. Fevralın 9-da Bakı Fond Birjasında (BFB) Azərbaycan Maliyyə Nazirliyinin 10300926S seriyalı qısamüddətli dövlət istiqrazlarının (DQİ) yerləşdirilməsi üzrə hərrac keçirilib.

BFB-dan «APA-ECONOMICS»ə verilən məlumata görə, sifarişlər 2 investor tərəfindən təqdim olunub. Sifarişlərin nominal üzrə ümumi məbləği 1 419 300 manat təşkil edib. Sifarişlər 98,99% (gəlirlik 2,05%) – 98,91% (gəlirlik 2,21%) qiymət intervalında təqdim edilib. Təqdim edilən sifarişlər emitent tərəfindən təmin olunmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR