Bank Of Baku

AGBI indeksi 1,0316, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0316, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 10 fevral 2010 08:19 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0315 bənd və ya 3,15% artaraq 2010-cu ilin fevral ayının 10-na 1,0316 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Fevralın 9-da geri çağırılmaq hüququna malik olan 1 illik dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib və hərracda 4 mln. manat miqdarında istiqraz yerləşdirilib. Nəticədə, bazar kapitallaşmasının artması AGBI indeksinin yüksəlməsində öz əksini tapıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR