Bank Of Baku

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq isə 0,1% enib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq isə 0,1% enib
# 11 fevral 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 10-da Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 10 038 bəndədək, S&P 500 0,2% - 1 068 bəndədək, Nasdaq isə 0,1% - 2 148 bəndədək enib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarına Federal Ehtiyat Sisteminin sədri Ben Bernankenin FES tərəfindən sərt pul-kredit siyasətinə keçidi ilə bağlı bəyanatı və korporativ xəbərlər təsir edib. Korporativ xəbərlərin açıqlanması nəticəsində, məsələn, «Affiliated Managers Group» investisiya şirkətinin səhmləri 8,1%, «AIG» sığorta şirkətinin səhmləri 16%, Çin internet axtarış sistemi olan «Baidu Inc»in səhmləri 11%, «Sonoco Products» qablaşdırma şirkətinin səhmləri 5% bahalaşıb, polad istehsalçısı olan «ArcelorMittal» şirkətinin səhmləri 7,1%, ABŞ-ın ən iri süd məhsulları istehsalçısı olan «Dean Foods» şirkətinin səhmləri 14%, «EOG Resources» qaz şirkətinin səhmləri 6,7%, «Micron Technology» şirkətinin səhmləri 6%, «New York Times» qəzetinin səhmləri isə 9% ucuzlaşıb.

Avropa fond bazarlarında fevralın 10-da FTSE 100 indeksi 0,4% - 5 132 bəndədək, Fransa CAC-40-ı 0,6% - 3 636 bəndədək, Almaniya DAX-ı isə 0,7% - 5 536 bəndədək yüksəlib.
Fevralın 10-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% azalaraq 1 076,3 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3793 dollar (+0,3%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR