Bank Of Baku

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib

AGBI indeksi 1,0001, ACBDI indeksi isə 1,0000 təşkil edib
# 11 fevral 2010 06:55 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Azərbaycan Maliyyə Nazirliyi tərəfindən buraxılan dövlət istiqrazları (Dİ) üzrə AGBI (Azerbaijan Government Bonds Index) indeksi 0,0315 bənd və ya 3,05% azalaraq 2010-cu ilin fevral ayının 11-nə 1,0001 təşkil edib.

«APA-Economics»in hesablamalarına görə, Azərbaycan Mərkəzi Bankı tərəfindən buraxılan qısamüddətli notlar üzrə ACBDI (Azerbaijan Central Bank Debts Index) indeksi isə dəyişməz qalaraq 1,0000 təşkil edib.

Fevralın 10-da notların yerləşdirilməsi üzrə hərrac keçirilib və hərracda 4 mln. manat miqdarında not yerləşdirilib. Nəticədə, bazarın kapitallaşması dəyişmədiyindən ACBDI indeksi sabit qalıb.

AGBI indeksinin azalması isə gündəlik korrektə çərçivəsində baş verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR