Bank Of Baku

Dow Jones indeksi 1,1%, S&P 500 1%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 1,1%, S&P 500 1%, Nasdaq isə 1,4% yüksəlib
# 12 fevral 2010 07:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 11-də Amerika fond bazarında Dow Jones indeksi 1,1% - 10 144 bəndədək, S&P 500 1% - 1 079 bəndədək, Nasdaq isə 1,4% - 2 177 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsi Avrozona ölkələrinin zərurət yarandığı halda Yunanıstana maliyyə dəstəyi göstərməfə hazır olması barədə bəyanatlardan sonra baş verib.

Avropa fond bazarlarında fevralın 11-də FTSE 100 indeksi 0,6% - 5 162 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 617 bəndədək, Almaniya DAX-ı isə 0,6% - 5 504 bəndədək enib. Avropa bazarlarına əsasən korporativ xəbərlər təsir göstərib.
Fevralın 11-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1,3% artaraq 1 090,6 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3661 dollar (+1%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR