Bank Of Baku

Neftin qiyməti düşüb

Neftin qiyməti düşüb
# 15 fevral 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 1,15 dollar və ya 1,5% azalaraq 1 barelə görə 74,13 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 12-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri isə 1,22 dollar azalaraq 72,90 dollar təşkil edib.

Neftin ucuzlaşmasına əsas səbəb kimi Çin hökuməti tərəfindən ölkə iqtisadiyyatının artım templərinin müəyyən dərəcədə saxlanılmasına dair addımların atılması haqqında bəyanatı və hətta artıq bir sıra tədbirlərə başlamasını qeyd etmək olar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR