Bank Of Baku

Dow Jones indeksi 0,5%, S&P 500 0,3% enib, Nasdaq isə 0,3% yüksəlib

Dow Jones indeksi 0,5%, S&P 500 0,3% enib, Nasdaq isə 0,3% yüksəlib
# 15 fevral 2010 06:50 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 12-də Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 097 bəndədək, S&P 500 0,3% - 1 075 bəndədək enib, Nasdaq isə 0,3% - 2 184 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların dinamikasına əsasən korporativ xəbərlər təsir edib.

Avropa fond bazarlarında fevralın 12-də FTSE 100 indeksi 0,4% - 5 143 bəndədək, Fransa CAC-40-ı 0,5% - 3 599 bəndədək, Almaniya DAX-ı isə 0,1% - 5 500 bəndədək enib. Avropa bazarlarında «BNP Paribas»ın səhmləri 1,9%, «Societe Generale»in 3,1%, «Credit Agricole»un 2,7%, «Barclays»ın 2,4%, HSBC-nin 1,1%, «Lloyds Banking Group»un 3,2%, «Banco Santander»in 1,6%, «Rio Tinto»nun səhmləri 0,3%, «Anglo American»ın səhmləri 1,6%, «Xstrata»nın səhmləri 2,5% ucuzlaşıb.
Fevralın 12-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,06% azalaraq 1 090 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3605 dollar (-0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR