Bank Of Baku

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib

Bu gün BFB-da Azərbaycan İpoteka Fondunun 3 mln. manatlıq istiqrazları yerləşdirilib
# 15 fevral 2010 15:23 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan İpoteka Fondunun (AİF) faizli adlı sənədsiz təmin edilməmiş istiqrazlarının ikinci emissiyasının növbəti hissəsinin yerləşdirilməsi üzrə hərrac keçirilib.

AİF-dən «APA-Economics»ə verilən məlumata görə, 4 investorun iştirak etdiyi hərracda 3 mln. manat məbləğində istiqraz çıxarılıb. Sifarişlərin nominal üzrə ümumi məbləği hərraca təklif olunan həcmi təqribən 3 dəfəyədək üstələyərək 8 044 155 manat təşkil edib və nəticədə hərraca çıxarılmış həcm tam yerləşdirilib.

İstiqrazlar üzrə öhdəliklər emitent tərəfindən 2019-cu ilin dekabrın 11-də icra olunacaq.

Qeyd edək ki, AİF-in istiqrazların ikinci emissiyasının yerləşdirilməsinə cari ilin fevralın 1-də başlanılıb və bugünə kimi 6 mln. manat həcmində istiqraz yerləşdirilib.

Xatırladaq ki, Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən AİF-in faizli, adlı, sənədsiz istiqrazlarının ikinci hissəsinin emissiya prospekti 2009-cu ilin dekabr ayında qeydə alınıb. Emissiyanın ümumi həcmi 75 mln. manat, bir istiqrazın nominal dəyəri 1 000 manat, istiqraz üzrə gəlirlilik isə 3,25% təşkil edir.

Ümumiyyətlə, ötən ilin may ayında qeydə alınmış və iyun ayından etibarən yerləşdirilməyə başlamış istiqrazların ilk emissiya prospekti tam yerləşdirilib ki, emissiyanın ümumi həcmi 55 mln. manat təşkil edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR