Bank Of Baku

Brent markalı neft ucuzlaşıb

Brent markalı neft ucuzlaşıb
# 16 fevral 2010 00:02 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-Economics. Fevralın 15-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,39 dollar azalaraq 72,51 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 15-də ABŞ-da Prezidentlər Günü münasibəti ilə Nyu-Yorkun NYMEX əmtəə birjasında əməliyyat keçirilməyib. Əvvəlki ticarət günün yekunlarına görə, WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 74,13 dollar təşkil edib. Xatırladaq ki, Prezidentlər Günü hər il fevralın üçüncü bazar ertəsi günündə ABŞ-ın ilk prezidenti olan Corc Vaşinqtonun doğum günü münasibəti ilə qeyd olunur. Həmin gün şənliklər keçirilməsə də, əksər dövlət və bələdiyyə qurumları bağlı olur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR