Bank Of Baku

Avropanın əsas fond indeksləri yüksəlib

Avropanın əsas fond indeksləri yüksəlib
# 16 fevral 2010 07:20 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Avropa fond bazarlarında fevralın 15-də FTSE 100 indeksi 0,5% - 5 168 bəndədək, Fransa CAC-40-ı 0,3% - 3 609 bəndədək, Almaniya DAX-ı isə 0,2% - 5 511 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, Avropa bazarlarında «Societe Generale»in səhmləri 0,6%, HSBC-nin səhmləri 1,1%, UBS-in səhmləri 2,6%, «Deutsche Bank»ın səhmləri 0,2%, «Rio Tinto»nun səhmləri 2,2%, «Xstrata»nın səhmləri 1,3%, «BHP Billiton»un səhmləri 0,8% bahalaşıb.
Fevralın 15-də ABŞ-da Prezidentlər Günü münasibəti ilə ölkənin fond bazarında ticarət əməliyyatları keçirilməyib. Əvvəlki ticarət gününün yekunlarına görə, Dow Jones indeksi 10 097 bənd, S&P 500 1 075 bənd, Nasdaq isə 2 184 bənd təşkil edib.

Xatırladaq ki, Prezidentlər Günü hər il fevralın üçüncü bazar ertəsi günü ABŞ-ın ilk prezidenti olan Corc Vaşinqtonun doğum günü münasibəti ilə qeyd olunur. Həmin gün şənliklər keçirilməsə də, əksər dövlət və bələdiyyə qurumları bağlı olur.

Fevralın 15-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 1 090 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3643 dollar (+0,4%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR