Bank Of Baku

Dow Jones indeksi 1,7%, S&P 500 1,8%, Nasdaq isə 1,4% yüksəlib

Dow Jones indeksi 1,7%, S&P 500 1,8%, Nasdaq isə 1,4% yüksəlib
# 17 fevral 2010 06:45 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 16-da Amerika fond bazarında Dow Jones indeksi 0,5% - 10 269 bəndədək, S&P 500 1,8% - 1 095 bəndədək, Nasdaq isə 1,4% - 2 214 bəndədək yüksəlib. «APA-Economics»in məlumatına görə, ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinə əsasən korporativ xəbərlər və neftin bahalaşması təsir edib.

Avropa fond bazarlarında fevralın 16-da FTSE 100 indeksi 1,5% - 5 244 bəndədək, Fransa CAC-40-ı 1,7% - 3 669 bəndədək, Almaniya DAX-ı isə 1,5% - 5 592 bəndədək yüksəlib. Avropa bazarlarında «Barclays»ın səhmləri 6,8%, «Credit Suisse»in səhmləri 3,8%, «Deutsche Bank»ın səhmləri 3,7%, «Societe Generale»in səhmləri 5,9%, «Total»in səhmləri 1,9%, BP-nin səhmləri 2,3%, «Royal Dutch Shell»in səhmləri 1,9%, «StatoilHydro»nun səhmləri 4,5% bahalaşıb.
Fevralın 16-da NYMEX-də qızılın bir unsiyasının qiyməti 2,7% artaraq 1 119,8 dollara bərabər olub.
Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3774 dollar (+1,2%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR