Bank Of Baku

Neftin qiyməti 77 dolları keçib

Neftin qiyməti 77 dolları keçib
# 18 fevral 2010 06:46 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 17-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair mart müqaviləsinin dəyəri 0,32 dollar və ya 0,4% artaraq 1 barelə görə 77,33 dollar təşkil edib.

«APA-Economics»in məlumatına görə, fevralın 17-də ICE London qitələrarası birjasında martda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,59 dollar artaraq 76,27 dollar təşkil edib.

Neftin bahalaşması ABŞ-da müsbət makroiqtisadi göstəricilərin və korporativ hesabatların açıqlanmasından sonra baş verib ki, bu amillər investorlar tərəfindən dünya iqtisadiyyatının bərpasının əlamətləri kimi qiymətləndirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR