Bank Of Baku

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq isə 0,6% yüksəlib

Dow Jones indeksi 0,4%, S&P 500 0,4%, Nasdaq isə 0,6% yüksəlib
# 18 fevral 2010 06:54 (UTC +04:00)
Bakı. Vahab Rzayev - APA-Economics. Fevralın 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,4% - 10 309 bəndədək, S&P 500 0,4% - 1 100 bəndədək, Nasdaq isə 0,6% - 2 226 bəndədək yüksəlib.

«APA-Economics»in məlumatına görə, fevralın 17-də bir sıra müsbət makroiqtisadi göstəricilər və korporativ xəbərlər dərc olunub ki, bu amillər ABŞ-ın fond bazarında kotirovkaların yüksəlməsinin əsas səbəbləri olub.

Avropa fond bazarlarında fevralın 17-də FTSE 100 indeksi 0,6% - 5 277 bəndədək, Fransa CAC-40-ı 1,5% - 3 725 bəndədək, Almaniya DAX-ı isə 1% - 5 648 bəndədək yüksəlib. Avropa bazarlarında “BNP Paribas”, “HSBC”, “Barclays”, “Banco Santander” və “UniCredit” banklarının səhmləri 0,9%-dən 2,8%-dək bahalaşıb.

Fevralın 17-də NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,03% artaraq 1 120,1 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,3569 dollar (-1,5%) təşkil edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR